Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib - DİN-dən AÇIQLAMA

Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib - DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib - DİN-dən AÇIQLAMA

574829

Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
 

Qeyd olunub ki, körpənin zirzəmiyə atılması ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.


Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Xatırladaq ki, körpə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində aşkar edilib.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO