Gəncədə partlayışda xəsarət alan şəxs vəfat etdi - FOTO

Gəncədə partlayışda xəsarət alan şəxs vəfat etdi - FOTO

Hazırda oxunan: Gəncədə partlayışda xəsarət alan şəxs vəfat etdi - FOTO

574821

Gəncədə evdə təmir işləri apararkən baş verən partlayış zamanı xəsarət alan usta xəstəxanada vəfat edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, oktyabrın 9-da Dədə Qorqud küçəsində Zərinə Ağayevaya məxsus evdə baş verən partlayış zamanı ağır xəsarətlər alan 36 yaşlı E. Qurbanov əvvəlcə Gəncədəki xəstəxanalardan birinə, oradan isə Bakı şəhərinə aparılıb.

Həkimlərin bütün səyinə baxmayaraq o səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO