Onlar Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə getdilər - FOTO

Onlar Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə getdilər - FOTO

Hazırda oxunan: Onlar Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə getdilər - FOTO

574808

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi başlayıb.

Bizim.Media xəbər verir ki, “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbə və müəllim heyəti 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər yolu boyunca işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar Füzuli rayonunun Qaraxanbəyli kəndində Vətən müharibəsinin ilk döyüşlərinin baş verdiyi əraziyə baş çəkib, burada şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər Zəngilan rayonu istiqamətində davam etdirilib, iştirakçılar şəhərdə yerləşən məscidi ziyarət ediblər. Ziyarət zamanı onlara məscidin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və bərpa işləri ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra tələbələr Cəbrayıl rayonunda Xudafərin körpüsü ilə tanış olublar.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO