Baş ağrısını dərmansız KƏSİN

Baş ağrısını dərmansız KƏSİN

Hazırda oxunan: Baş ağrısını dərmansız KƏSİN

574789

Baş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir.

Bizim.Media xəbər verir ki, bir çox insan baş ağrısının keçməsi üçün dərmandan istifadə edir. Lakin bu xoşagəlməz haldan təbii yollarla da xilas ola bilərsiniz.

Baş ağrısının qarşısını almaq üçün bir neçə təbii üsulu təqdim edir:

Limon

Limon aromaterapiyası baş ağrısına yaxşı təsir edir. Bir dilim limonu əlinizdə sıxıb, üzünüzə və alnınıza sürtün. Ağrının getdikcə azaldığını hiss edəcəksiniz.

Lavanda yağı

Sakitləşdirici təsirə malik lavanda baş ağrısına təsir edir. Lavandanın qoxusu baş ağrısı və miqreni minimum endirir. Bunun üçün bir stəkan suya lavanda yağı damcıladıb qoxlamaq faydalıdır.

Qəhvə

Gündə bir fincan qəhvə içmək ağrıkəsici xüsusiyyətə malikdir. Amma qəhvəni tez-tez qəbul etmək səhhətinizdə problemlərə yol aça bilər.

Təmiz hava

Təmiz hava və oksigen baş ağrısını azaldır. Əgər çölə çıxa bilmirsinizsə, pəncərəni açın və otağı havalandırın. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO