Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Bizim.Media xəbər verir ki, gneral-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.
Bizim.Media