Lənkəranda yaşayış binasını qurd basdı - FOTO

Lənkəranda yaşayış binasını qurd basdı - FOTO

Hazırda oxunan: Lənkəranda yaşayış binasını qurd basdı - FOTO

574743

Lənkəranda çoxmənzilli yaşayış binasında təhlükəli zərərvericilərin artması narahatlıq yaradıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, zərərvericilər əsasən şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən 155 nömrəli binada müşahidə olunur.

Qurdlar binanın qarşısındakı ağaclardan düşərək bloklara və mənzillərə doğru yayılır.

Sakinlərin sözlərinə görə, bəzi evlərin içərisində də həmin qurdlar görünməyə başlayıb.
 

Əraziyə müvafiq dərman preparatları gətirilərək profilaktik tədbirlər görülüb. Mütəxəssislərin ilkin qənaətinə əsasən, bu zərərvericilər “Amerika kəpənəyi” adlanan həşərat növünə aiddir.


Bu kəpənəklər payız və qış aylarında ağacların üzərinə yumurta qoyur, bir müddət sonra çıxan sürfələr isə ağacların yarpaqlarını və zoğlarını yeyir.
 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında tədbir görülməsə, bu növ qurdlar qısa müddətdə bütün ərazini bürüyə bilər.


Qeyd edək ki, zərərvericilərin yayıldığı bina 4 blokdan ibarət olub, ümumilikdə 60 mənzilə malikdir.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO