Qəbələdə avtomobillə vurulan piyadaların SON VƏZİYYƏTİ

Qəbələdə avtomobillə vurulan piyadaların SON VƏZİYYƏTİ

Hazırda oxunan: Qəbələdə avtomobillə vurulan piyadaların SON VƏZİYYƏTİ

574742

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qəbələ şəhərində iki piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
 

MÖVZU İLƏ BAĞLI: Qəbələdə iki piyadanı maşın vurdu


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ şəhəri ərazisində yolu keçmək istəyən iki nəfəri sürücü Rəşan Zeynalovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili vurub.

Hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 

Qəbələ Rayon Mərkəzi Xəstəxanasından verilən son məlumata əsasən, hər iki piyadaya çanaq sümüklərinin sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları və travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.


Vəziyyəti ağır qiymətləndirilən 62 yaşlı Yaqut Bəkirovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 29 yaşlı Günay Vahabzadənin müalicəsi isə Təcili tibbi yardlm şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO