Qaradağda vulkan püskürməsinin aktivliyi dayandı – FOTO

Qaradağda vulkan püskürməsinin aktivliyi dayandı – FOTO

Hazırda oxunan: Qaradağda vulkan püskürməsinin aktivliyi dayandı – FOTO

574741

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi hazırda dayanıb.
 

MÖVZU İLƏ BAĞLI:

 Qaradağdakı vulkan püskürməsi üç fazada qeydə alınıb – RƏSMİ


Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vulkan püskürməsi oktyabrın 11-də saat 08:27-də baş verib. Hadisə güclü alovlanma ilə müşayiət olunub.

İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.


Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ Palçıq Vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO