Gültəkin Sadıqova həbsdə qaldı – FOTO

Gültəkin Sadıqova həbsdə qaldı – FOTO

Hazırda oxunan: Gültəkin Sadıqova həbsdə qaldı – FOTO

574733

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verri ki, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib.

Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib.

Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər.

Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da rədd qərarı verilmişdi.
 

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər.


G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO