“Cabir dedi ki, özümü onlara yem etmək istəmirəm” - VİDEO

“Cabir dedi ki, özümü onlara yem etmək istəmirəm” - VİDEO

Hazırda oxunan: “Cabir dedi ki, özümü onlara yem etmək istəmirəm” - VİDEO

574719

Əməkdar artist Dilarə Əliyeva mərhum dostu Cabir İmanovun son illər efirə çıxmamasının səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Astar TV-də danışıb.

Dilarə deyib ki, Cabiri verilişinə çağırsa da, o, gəlməyib:
 

“Onu verilişlərimə dəvət edirdim. Amma gəlmək istəmədi. Dedi ki, bu dönəmdə ekrana çıxmaq istəmir. Elə bir məqamdır ki, gəlirsən deyib-gülürsən, zarafat edirsən, anlayan-anlamayan var. Paylaşırlar, şərh yazırlar, özümü onlara yem etmək istəmirəm.


Özümü onların münasibətində görmək istəmirəm. Adam o qədər haqlı idi ki. Çünki söhbəti konteksdən çıxaranlar özlərinə xal toplayırlar. Bu baxımdan ona haqq verirdim, fikirlərinə də hörmətlə yanaşırdım”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO