Bu gün Beynəlxalq Qızlar Günüdür

Bu gün Beynəlxalq Qızlar Günüdür

Hazırda oxunan: Bu gün Beynəlxalq Qızlar Günüdür

574714

11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü elan edilib.

Bizim.Media xəbər verir ki, 2012-ci ildən etibarən bütün üzv ölkələrin səsi ilə bu tarix Beynəlxalq Qızlar Günü kimi qəbul olunub.
 

Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması, qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər mühüm məsələlər əksini tapıb.


Beynəlxalq Qızlar Gününün keçirilməsində əsas məqsəd qızların hüquqlarının müdafiəsi, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunması, eləcə də müxtəlif növ ayrı-seçkilik və baxımsızlıqdan əziyyət çəkən qızlara diqqət yönəltməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO