Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 11.10.2025-ci il tarixində saat 10:40 radələrində 2 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI : Bərdədə ağır QƏZA: Xəsarət alanlar var
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media, Qarabağ bürosu