Masallıda narkotiki evakuatorla daşımaq istədilər – FOTO

Masallıda narkotiki evakuatorla daşımaq istədilər – FOTO

Hazırda oxunan: Masallıda narkotiki evakuatorla daşımaq istədilər – FOTO

574704

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər.
 

Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər.


Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO