Masazırda küçə itlərinin toplanılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Videoda bir qrup şəxsin maşınlardan xüsusi alətlər çıxardığı görünür.
Hadisə şahidi toplanma işlərinin Qurtuluş 93 şəhərciyində aparıldığını deyir. Amma qısa müddət ərzində heyvansevərlər narazılıqlarını ifadə ediblər. Onlar sahibsiz heyvanların zərərsiz olduğuna əmindirlər.
Xatırladaq ki, Masazırda yaxın günlərdə böyük sürü halında gəzən küçə itlərinin görüntüsü paylaşılmış və bu, xüsusilə azyaşlı uşaqları olan, həmçinin alaqaranlıqda işə gedib-gələn vətəndaşların narahatlığına səbəb olmuşdu.
Şəfiqə Şəfa, Bizim.Media