Qəbələdə yolu keçən iki piyadanı maşın vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində qeydə alınıb.
Minik avtomobilinin vurduğu piyadalar 1996-cı il təvəllüdlü Günay Vahabzadə və 1963-cü il təvəllüdlü Yaqut Bəkirova müxtəlif bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar müayinə olunub, müalicələri davam etdirilir.
Qəzanın təfərrüatları araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu