Ağstafada özünü xəstəxananın ikinci mərtəbəsindən atan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Ağstafada özünü xəstəxananın ikinci mərtəbəsindən atan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ağstafada özünü xəstəxananın ikinci mərtəbəsindən atan şəxslə bağlı RƏSMİ AÇIQLAMA

574691

Xəbər verdiyimiz kimi, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI :

 Ağstafa xəstəxanasında xəstə 2-ci mərtəbədən yıxılaraq həyatını itirdi


Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, tibb ocağının Terapiya Şöbəsindəki xəstə - Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev özünü ikinci mərtəbədən atıb.

Həmin şəxsə xəstəxanada dərman verilmədiyi üçün özünü atdığı iddia edilir.

Məsələ ilə əlaqədar TƏBİB-dən verilən açıqlamada bildirilib ki, 07.10.2025-ci il tarixində 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
 

“İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.


06.10.2025-ci il tarixində aparılmış USM müayinəsi zamanı əlavə narahatlıqlar müşahidə edilib və xəstəyə müvafiq medikamentoz müalicə təyin olunub.

Kompüter tomoqrafiyası (KT) müayinəsi nəticəsinə əsasən isə xəstəyə “Sol dirsək nahiyyəsinin sıyrılmış yarası, sol qasıq sümüyünün sirkə kasası səviyyəsində oynaq səthindən kənari yerdəyişməmiş sınığı” diaqnozu təyin olunub. Bu diaqnoza əsasən xəstə Cərrahiyyə şöbəsinə köçürülüb, xəstəlik tarixi açılaraq müalicəsi həkim nəzarəti altında davam etdirilib.


10.10.2025-ci il tarixində saat 00:15 radələrində stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.

Pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO