Polis Bakıda 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu

Polis Bakıda 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu

Hazırda oxunan: Polis Bakıda 16 yaşlı qızını ərə verməyə hazırlaşan ailənin planını pozdu

574685

Paytaxtın Qaradağ rayonunda 16 yaşlı qızın 25 yaşlı şəxslə evləndirilməsi üçün görülən toy hazırlığının qarşısı polis əməkdaşları tərəfindən dayandırılıb.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, tərəflər polis idarəsinə dəvət olunaraq onlar ilə profilaktik söhbətlər aparılıb.

"Həmin məsələ ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
 

Bu əməlin hüquqazidd hərəkət olması diqqətə çatdırılıb. Restoran sahibinə isə qanunauyğun qaydada xəbərdarlıq edilib. Onlar ilkin olaraq bildiriblər ki, toy deyil, övladlarının hərbi xidmətə yola salınması mərasiminə hazırlaşırlar.


Hazırda məsələ diqqət mərkəzində saxlanılmaqla aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin olunur", - açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO