Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu ərazilərdə işıq olmayacaq – XƏBƏRDARLIQ

574684

Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması məqsədilə Abşeron rayonu Masazır qəsəbəsinin elektrik şəbəkəsində təmir-bərpa işləri həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 

Bildirilib ki, görüləcək işlərlə əlaqəli olaraq 11 oktyabr 2025-ci il tarixində saat 10:00-dan 16:00-dək Masazır qəsəbəsində yerləşən İlyas Bayramov, Mübariz İbrahimov, Salatın Əsgərova, Əli Mustafayev, Hakim Abbasov, Murtuza Muxtarov, İstiqlal, Ağaxan Abdullayev küçələri, eləcə də Zəngilan şəhərciyi, “Rahat Nəfəs”, “4 Qardaş” MTK, “PARK Salori”, “AAAGF” MTK, “Viktoriya” MTK və “Məzunlar Evi” yaşayış sahələri üzrə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


"Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- deyə əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO