Şengen zonasına giriş qaydaları DƏYİŞİR

Şengen zonasına giriş qaydaları DƏYİŞİR

Hazırda oxunan: Şengen zonasına giriş qaydaları DƏYİŞİR

574676

Oktyabrın 12-dən etibarən Şengen zonasına daxil olan 29 Avropa ölkəsində yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi tətbiq olunacaq. Sistem, əsasən, Avropa İttifaqına üzv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, pasportlara ştamp vurulması ləğv ediləcək və səyyahların məlumatları rəqəmsal olaraq qeyd olunacaq.

Yeni qaydalara əsasən, 12 yaşdan yuxarı şəxslərin fotoşəkili və barmaq izləri alınacaq.
 

Biometrik məlumatlar, səfərin vaxtı və məkanı daxil olmaqla bütün məlumatlar birgə sistemdə saxlanılacaq. Məqsəd təhlükəsizlik tədbirlərini gücləndirmək və sərhəd keçidlərini sürətləndirməkdir.


Yeni sistem qısa müddətli (90 günədək) səfərlər üçün nəzərdə tutulub. 2026-cı il aprelin 10-dək keçid dövrü qüvvədə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO