Orqanizmi soyuqdəymədən qorumağın yolları açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə pravda.ru-ya allerqoloq-immunoloq Vladimir Bolibok məlumat verib.
Onun sözlərinə görə, bərkidici prosedurlar (məsələn, bədən möhkəmləndirilməsi, soyuğa alışdırma) orqanizmin soyuqdəymə xəstəliklərinə qarşı davamlılığını artırmağa kömək edir.
Həkim qeyd edib ki, bu halda orqanizmin müdafiə mexanizmlərini aktivləşdirmək üçün mülayim temperatur stressi yaratmaq vacibdir: “Bərkimə zamanı temperatur fərqi adrenalinin və steroid hormonlarının ifrazına səbəb olur, bu da immunitetə müsbət təsir göstərir. Lakin ekstremal üsullar, məsələn, buzlu suda çimmək, hər kəs üçün uyğun deyil və ehtiyat tələb edir”.
Həkimin sözlərinə görə, proseduru tədricən aparmaq lazımdır ki, orqanizm temperatur dəyişikliyinə uyğunlaşa bilsin. Başlanğıc üçün 34–36°C temperaturda isti duş qəbul etmək, daha sonra temperaturu 18–20°C-yə qədər tədricən azaltmaq məsləhətdir.
Bolibok qeyd edib ki, müntəzəm bərkimə prosedurları sayəsində insan xəstəlikləri simptomsuz və ya yüngül formada keçirə bilər. Lakin ekspert xəbərdarlıq edib ki, orqanizmdə artıq infeksiya varsa, kəskin soyuma xəstəliyin inkişafını provokasiya edə bilər.
Beynəlxalq tədqiqatçılar qrupu isə qaçış, üzgüçülük, velosiped sürmə, qayıq sürmə və gəzinti kimi dözümlülük tələb edən idman növləri ilə uzun illər məşğul olan yaşlı insanların immun hüceyrələrini öyrənərkən, müntəzəm fiziki aktivliyin yalnız əzələləri, ürəyi və ağciyərləri deyil, həm də immun sistemini gücləndirdiyini müəyyənləşdirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:11 / 11.10.2025
Soyuq aylarda soyuqdəymədən qorunmanın YOLLARI
Hazırda oxunan: Soyuq aylarda soyuqdəymədən qorunmanın YOLLARI
Hazırda oxunan: Soyuq aylarda soyuqdəymədən qorunmanın YOLLARI
574660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.