Anar Əsədli ilə bağlı yeni qərar verildi, məhkəmə BAŞLADI

Anar Əsədli ilə bağlı yeni qərar verildi, məhkəmə BAŞLADI

Hazırda oxunan: Anar Əsədli ilə bağlı yeni qərar verildi, məhkəmə BAŞLADI

574622

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunub.

Bizim.Media xəbər verir ki, Anar Əsədlinin vəkili Hikmət Əliyev apa-ya bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərarı ləğv edərək iş üzrə istintaqı yeniləyib. Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu gün Bakı Ağır Cinatətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası 24 oktyabra təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO