Bu gün səhər saatlarında Gəncə şəhərində əsən güclü külək nəticəsində 6 iri gövdəli ağac aşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aşan ağaclardan biri qaz xəttini zədələyib.
Hadisə baş verən ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb. Digər ağac isə müvəqqəti olaraq yolun bağlanmasına və bir işıq dirəyinin zədələnməsinə səbəb olub.
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən aşan ağacların doğranaraq ərazidən daşınması təmin edilib.
Hazırda Gəncə şəhərində küləyin sürəti zəifləyib, hava şəraiti sabitdir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu