Oqtay Şirəliyevin yerinə baş direktor seçildi – FOTO

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi – FOTO

Hazırda oxunan: Oqtay Şirəliyevin yerinə baş direktor seçildi – FOTO

574610

“Respublika Diaqnostika Mərkəzi” ASC-yə yeni baş direktor seçilib.

Bizim.Media “Qaynarinfo.az”a istinadən xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib. 
 

Qeyd edək ki, R.Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. 


O.Şirəliyevin vəfatından sonra oktyabrın 9-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO