Azərbaycanda psixotrop maddə istifadəçilərinin sayı 41 mini ÖTDÜ – Dəhşətli STATİSTİKA

Azərbaycanda psixotrop maddə istifadəçilərinin sayı 41 mini ÖTDÜ – Dəhşətli STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda psixotrop maddə istifadəçilərinin sayı 41 mini ÖTDÜ – Dəhşətli STATİSTİKA

574607

2025-ci il 1 may tarixinə Azərbaycanda qeydiyyatda olan psixotrop maddə istifadəçilərinin sayı 41,231 nəfər təşkil edir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının “Narkoloji xidmət və nəzarət haqqında” Qanununa əsasən, ölkəmizdə narkomaniyanın müalicəsi könüllü əsaslarla həyata keçirilir.

Qeyd edilib ki, müalicəyə ehtiyacı olan hər kəs şəxsiyyət vəsiqəsi və yaşadığı yer üzrə tibb müəssisəsinin göndərişi ilə Respublika Narkoloji Mərkəzinə müraciət edə bilər. Mərkəz peşəkar mütəxəssislər tərəfindən yüksək səviyyəli tibbi və psixoloji dəstək təklif edir, bu sahədə müsbət nəticələr əldə olunur".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO