Naxçıvanda yeni dəmiryolu şəbəkəsi qurulacaq - RƏSMİ AÇIQLAMA /ÖZƏL

Naxçıvanda yeni dəmiryolu şəbəkəsi qurulacaq - RƏSMİ AÇIQLAMA /ÖZƏL

Hazırda oxunan: Naxçıvanda yeni dəmiryolu şəbəkəsi qurulacaq - RƏSMİ AÇIQLAMA /ÖZƏL

574593

Son illər Naxçıvan Muxtar Respublikasında infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm layihələr icra olunur. Yeni yollar, körpülər, sənaye və turizm obyektləri ilə yanaşı, nəqliyyat sahəsində də yenilənmə prosesi sürətlənib.

Bəs hazırda Naxçıvanda qatar fəaliyyəti varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib ki, hazırda qatarların fəaliyyəti dayandırılıb:

“Naxçıvan Muxtar Respublikasında dəmiryolu infrastrukturunun yenilənməsi məqsədilə 2024-cü ildən sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Naxçıvanda dəmir yollarının yenidən qurulması və modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri artıq başa çatdırılıb, layihələndirmə mərhələsi isə davam edir. Bu mərhələ yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq və müasir tələblərə cavab verən yeni dəmiryolu şəbəkəsi qurulacaq”, - deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, əvvəllər Ordubad, Culfa, Babək, Naxçıvan, Kəngərli, Şərur və Sədərək rayonlarında qatarlar fəaliyyət göstərib. Yalnız Şahbuz rayonunda dəmir yolu xətləri mövcud olmayıb.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO