Fazil Mustafa: “Bəzi vəzifəlilər prosesdə üstünlük qazana bilməyəndə vəkilləri sıxışdırırdılar”

Fazil Mustafa: “Bəzi vəzifəlilər prosesdə üstünlük qazana bilməyəndə vəkilləri sıxışdırırdılar”

Hazırda oxunan: Fazil Mustafa: “Bəzi vəzifəlilər prosesdə üstünlük qazana bilməyəndə vəkilləri sıxışdırırdılar”

574586

“Ölkədə vəkillərin sayı çox azdır. Bölgələrdə vəkil məsələsi ciddi problemdir. Elə rayonlar var ki, orada bir neçə rayonda bir-iki vəkil tapmaq çətindir. Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır".

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa çıxışı zamanı deyib.

O bildirib ki, vəkilləri qorumaq həm də dövlətin borcudur:

“Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsini tələb edirik. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz.
 

Əslində vəkilliyin bir problemi o idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar”.


Deputat məişət zorakılığına məruz qalmış insanlara çox vaxt Vəkillər Kollegiyasının pulsuz şəkildə dəstək verdiyini də qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO