TƏCİLİ! Bakıda polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirildi

TƏCİLİ! Bakıda polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirildi

Hazırda oxunan: TƏCİLİ! Bakıda polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirildi

574583

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO