“Toyota Prius”da 92 kq mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO

“Toyota Prius”da 92 kq mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO

Hazırda oxunan: “Toyota Prius”da 92 kq mənşəyi məlum olmayan ət aşkarlandı – FOTO

574574

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və DİN-in Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Ağdam rayonu, Təzəkənd stasionar postunda Rüstəmov Sabir Samir oğluna məxsus “Toyota Prius” markalı avtomobilə baxış keçirilən zaman 92 kq iribuynuzlu heyvan cəsədi aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən olunub.

"Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir",- deyə Agentlikdən əlavə edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO