“Sovet dövründə SSRİ-nin müxtəlif yerlərindən Moskvaya məktublar yazılırdı. Ən ağlagəlməz ünvanlara, Leninin qəbrinə, naməlum əsgərə məktub yazılırdı ki, məktub diqqət çəksin. Cavab üçün 30 gün vaxt ayrılırdı. Amma bu gün Azərbaycanda niyə ərizə və şikayətlərə 30 gün ərzində cavab verilməlidir?!”
Bizim.Media xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O, ölkədə ərizə və şikayətlərə 10 gün ərzində cavab verilməsini təklif edib:
“Biz ölkəmizdən ölkəmizə yazırıq. Belə olan halda niyə 30 günə cavab verilməlidir?! 10 gün olsun və ya biz özümüz qərar qəbul edək, yaxud da hansısa normativ-hüquqi aktlara bir bənd əlavə edək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin. Operativlik, səmərəlilik, camaatın rahatlığı, seçicinin gözünün yoldan yığılmasını qazanarıq”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:56 / 10.10.2025
Deputatdan SƏRT TƏNQİD – “Niyə vətəndaşların şikayətlərinə 30 gün ərzində cavab verilməlidir?!”
Hazırda oxunan: Deputatdan SƏRT TƏNQİD – “Niyə vətəndaşların şikayətlərinə 30 gün ərzində cavab verilməlidir?!”
Hazırda oxunan: Deputatdan SƏRT TƏNQİD – “Niyə vətəndaşların şikayətlərinə 30 gün ərzində cavab verilməlidir?!”
574526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.