"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində 9 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Bizim.Media-ya Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:23 / 10.10.2025
40 azərbaycanlı Almaniyadan deportasiya olundu
Hazırda oxunan: 40 azərbaycanlı Almaniyadan deportasiya olundu
Hazırda oxunan: 40 azərbaycanlı Almaniyadan deportasiya olundu
574520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.