Lənkəranda eyni yolda daha bir QƏZA: 2 azyaşlı, 2 tələbə xəsarət aldı - FOTO

Lənkəranda eyni yolda daha bir QƏZA: 2 azyaşlı, 2 tələbə xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda eyni yolda daha bir QƏZA: 2 azyaşlı, 2 tələbə xəsarət aldı - FOTO

574508

Lənkəranda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının Şovu kəndi ərazisində qeydə alınıb.
 

İlkin məlumata görə, 2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Reno” markalı avtomobillə toqquşub.


Qəza nəticəsində hər iki avtomobildə olan şəxslər – 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə, 17 yaşlı Ş.Sultanova və sürücü Murad Mirzəzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir.

Qeyd edək ki, bir neçə gün əvvəl eyni yolda baş verən başqa bir qəzada iki piyada – bacı və qardaş – həyatını itirmişdi.

Faktla bağlı araşdırma aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO