Azərbaycanın 4 ali məktəbi dünyanın ən yaxşı universitetləri SIRASINDA

Azərbaycanın 4 ali məktəbi dünyanın ən yaxşı universitetləri SIRASINDA

Hazırda oxunan: Azərbaycanın 4 ali məktəbi dünyanın ən yaxşı universitetləri SIRASINDA

574472

İlk dəfə Azərbaycanın 4 universiteti "Times Higher Education" (THE) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunan "Dünyanın ən yaxşı universitetlərinin reytinqi"nə daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 

Qeyd edilib ki, 2 universitetimiz mövqeyini ötən ilə nisbətən gücləndirib, digər 2 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub:


“İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də qərarlaşıb. 1501+ diapazonunda təmsil olunan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib.

İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır.
 

Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında Azərbaycan bu reytinqə daxil olan universitet sayına görə 2-ci sıradadır. Cənubi Qafqaz regionunda isə Azərbaycan müvafiq göstərici üzrə lider mövqedədir.


Sözügedən qlobal reytinqin bütün meyarları üzrə Azərbaycan universitetlərinin göstəriciləri ortalama +4 bal dinamikası ilə yaxşılaşıb”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO