Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü

Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü

Hazırda oxunan: Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü

574449

Ötən gecə Lənkəranda baş verən ailədaxili mübahisə faciə ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Liman şəhəri ərazisində 36 yaşlı Calal Abdullayev mübahisə zəminində kiçik qardaşı – 22 yaşlı Camal Abdullayevi bıçaqlayıb.
 

Ağır bədən xəsarətləri alan gənc dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, bu gün axşam saatlarında o, xəstəxanada dünyasını dəyişib.


Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törətməkdə şübhəli bilinən Calal Abdullayev polisə könüllü təslim olub.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO