Bakının iki rayonunda REYD: 14 \

Bakının iki rayonunda REYD: 14 \"parkovşik\" cərimələndi - FOTO/VİDEO

Hazırda oxunan: Bakının iki rayonunda REYD: 14 \"parkovşik\" cərimələndi - FOTO/VİDEO

57443

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami rayonunda, metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. 

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, gün ərzində 86 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bildirilib ki, Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və həmin onlar da inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanovi rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşalrı tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. 

Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib.
Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO