Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanan Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayevanın vəziyyəti orta ağır olaraq qalır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki,1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Xatırladaq ki, oktyabrın 6-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayev tərəfindən bıçaqlanıb. Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan L.Qanbayeva bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə cərrahi əməliyyat edilib. Qeyd edək ki, Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev sirkə turşusu içərək intihara cəhd edib. O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:38 / 09.10.2025
Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşının SON DURUMU açıqlandı
Hazırda oxunan: Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşının SON DURUMU açıqlandı
Hazırda oxunan: Keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanan TƏBİB əməkdaşının SON DURUMU açıqlandı
574419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.