Bakıda polisdən iki dəfə qaçdı, həbs olundu

Bakıda polisdən iki dəfə qaçdı, həbs olundu

Hazırda oxunan: Bakıda polisdən iki dəfə qaçdı, həbs olundu

574397

Bakıda ticarət mərkəzinin yaxınlığında dava olub.

Bizim.Media xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığında baş verib.

Təqsirləndirilən şəxs 32 yaşlı Tohid Manafov ticarət mərkəzi ərazisində “makler” kimi fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, zərərçəkən şəxs həmkəndlisidir və mübahisə zamanı bir-birlərini itələdikləri üçün o, yerə yıxılıb. Ayağa qalxandan sonra əsəbiləşib və zərərçəkənin sifətinə xəsarət yetirib.

Zərərçəkən şəxs isə bildirib ki, dava zamanı Tohid onun üzünə yumruqla zərbə endirib və o, xəsarət alıb.

Hadisə zamanı ərazidə xidmət olanda polis əməkdaşları Tohidi saxlayaraq, 10-cu Polis Şöbəsinə aparıblar. Lakin o, şöbədən qaçıb. Axtarışlar zamanı Tohid Manafov Abşeron ticarət mərkəzində tutularaq, yenidən bölməyə gətirilib. Bölmədə ona barəsində inzibati protokol tərtib olunacağı deyiləndə Tohid yenə bölmədən qaçıb. Mühafizə polisinin köməyilə o, saxlanılaraq, şöbəyə gətirilib və məhkəməyə çıxanadək burada saxlanılıb.

Bu əməllərinə görə, onun barəsində İnzibati Xətalar məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Qaradağ rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda Tohid Manafov barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO