Maaşlarla bağlı YENİ TƏKLİF – Bu qaydada hesablana bilər

Maaşlarla bağlı YENİ TƏKLİF – Bu qaydada hesablana bilər

Hazırda oxunan: Maaşlarla bağlı YENİ TƏKLİF – Bu qaydada hesablana bilər

574395

Bir çox ölkədə saatlıq əməkhaqqı təcrübəsindən geniş istifadə edilir. Məsələn, ABŞ-da bu, “hourly wage”, Böyük Britaniyada isə “national minimum wage”, “living wage” adlanır. Bu, maaşın işlənilən saatlarının sayına görə hesablanması üsuludur.   

Bu əməkhaqqı sistemi xüsusilə tələbələrə, ikinci işdə işləyənlərə daha çox sərf edir. Qeyd edək ki, Yaponiyada da “hourly job”  adlanan bu üsul tələbələr üçün əsas gəlir mənbəyi hesab edilir.

Azərbaycanda isə saatlıq əməkhaqqı təcrübəsindən çox da geniş  istifadə edilmir.

Bəs edilsə, hansı müsbət nəticələri olar?

Bizim.Media mövzuyla bağlı millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.

Deputat ilk  olaraq uzun müddətdir ki,  sözügedən məsələylə bağlı müzakirələrin aparıldığını vurğulayıb.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqinin müzakirə olunduğu bildirildi.

Saatlıq minimium əməkhaqqının tətbiqi vətəndaşların bir neçə yerdə işləməsinə, daha yüksək əməkhaqqı almasına imkan yarada bilər. Xüsusilə bu, əmək müqaviləsiylə çalışan vətəndaşların maaşlarına təsir göstərəcək”.

Vüqar Bayramov diqqətə çatdırıb ki, saatlıq əməkhaqqı sistemi həftə sonu, iş saatından əlavə, bayram günləri işləyənlərin maaşlarının artmasına səbəb olur.

“Eyni zamanda bu, işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Buna görə də oxşar praktikanın Azərbaycanda həyata keçirilməsi məqsədəuyğundur. Bu baxımdan müzakirələrin, təhlillərin aparılması onu xəbər verir ki, ölkəmizdə saatlıq əməkhaqqı rejiminə keçid istisna deyil”.

Xatırladaq ki, bu ilin iyulunda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilmişdi ki, saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO