“Öz bank kartını "drop", yəni cinayət faktlarından istifadə edilməsi üçün digər şəxslərə verənlər gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Yusif Hüseynov "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla birgə qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Y.Hüseynov əlavə edib ki, kibercinayət ölkə daxilində baş verəndə banklarla yaradılan işçi qrup, provayderlərlə qarşılıqlı əlaqə çərçivəsində bu cinayətlərin açılması təmin edilir. Hücum ölkə xaricindən ediləndə isə burada hüquqi baxımından problem yaranır:
"Məsələn, ötən il Çindən olan şəxs həmin ölkədən Azərbaycanın təxminən 570 vətəndaşına qarşı dələduzluq etmişdi. Texniki və qarşılıqlı yardım üsulları ilə bunu edənin şəxsiyyəti müəyyənləşdi. Lakin vətəndaşı maraqlandıran məsələ itirdiyi maddi vəsaitdir. Həmin ölkə vətəndaşı burada deyil, ona görə qanunvericiliyə görə həmin vəsaiti qısa müddətdə geri qaytara bilmirik".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 09.10.2025
Kartını cinayət törətmək məqsədilə digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə BİLƏR
Hazırda oxunan: Kartını cinayət törətmək məqsədilə digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə BİLƏR
Hazırda oxunan: Kartını cinayət törətmək məqsədilə digər şəxslərə verənlər məsuliyyətə cəlb edilə BİLƏR
574379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.