Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU

Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU

Hazırda oxunan: Bakıda parkda söyüş söyən iş adamı HƏBS OLUNDU

574378

Bakıda parkda söyüş söyən iş adamı həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkında qeydə alınıb.

Tikinti şirkətlərindən birinin direktoru 43 yaşlı Samir Behbudov parkda telefonla danışarkən yüksək səslə söyüş söyüb. Onun sözlərinə görə, əvvəlcə telefonla danışdığı şəxs onu söydüyü üçün özündən çıxıb və nalayiq ifadələrlə cavab verib.

Bu zaman xidmətdə olan mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb, irad bildiriblər. Lakin şok vəziyyətində olduğu üçün Samir polisə tabe olmayıb və söyüş söyməyə davam edib.

Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.

Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda Samir Behbudov barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO