Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"a Xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. Azərbaycanca fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb. Əminə Yusifqızı 2016-cı il 14 sentyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.
Bizim.Media