Qadınlar kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşürlər?

Qadınlar kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşürlər?

Hazırda oxunan: Qadınlar kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşürlər?

574364

Qadınların kişilərlə müqayisədə niyə daha çox depressiyaya düşməsi uzun illər ərzində elm üçün sirr olaraq qalsa da, Avstraliyanın Berqhofer Tibbi Tədqiqat İnstitutunun alimlərinin apardığı araşdırma bu sualın cavabını müəyyənləşdirməyə imkan verir.

Bizim.Media xəbər verir ki,“Nature Communications” jurnalında dərc olunan elmi məqaləyə əsasən, araşdırmanın nəticələri qadınlarda klinik depressiyaya tutulma riskinin genetik səbəblərlə birbaşa əlaqəli olduğunu sübut edib.

Bu, depressiya ilə bağlı indiyədək aparılan ən genişmiqyaslı araşdırmalardan biridir. Tədqiqat çərçivəsində depressiyadan əziyyət çəkən 200 min nəfərin DNT-si təhlil edilib. Araşdırmanın nəticələrinə görə, qadınlarda depressiya ilə əlaqəli təxminən 13 min, kişilərdə isə 7 min genetik göstərici müəyyən olunub. Bu da qadınların depressiyaya qarşı genetik meylliyin daha güclü olduğunu göstərir.

Tədqiqatçılar vurğulayıblar ki, depressiya ilə bağlı elmi işlərin çoxu indiyədək əsasən kişi pasiyentlər üzərində aparıldığından mövcud müalicə üsulları da daha çox onlara yönəlib.

Bu tədqiqat nəticəsində əldə edilən yeni biliklər isə depressiyanın səbəbləri barədə aydın təsəvvür yaradır və xəstəliyin fərdi xüsusiyyətlərə uyğun daha dəqiq müalicəsinə imkan verəcək.
 

Alimlərin fikrincə, depressiya qadınlarda çox vaxt maddələr mübadiləsinin pozulması, bədən çəkisinin artması və enerjinin tükənməsi kimi fiziki əlamətlərlə müşayiət olunur. Genetik fərqlər bu simptomların izahına da işıq sala bilər.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir və bu xəstəlik ən çox rast gəlinən psixi pozuntulardan biridir. Yeni tədqiqat qadınlarda depressiyanın həm diaqnostikasını, həm də müalicəsini fərdi və effektiv şəkildə həyata keçirməyə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO