Bakı metrosunda İLK – Qatarların stansiyaya gəliş vaxtı göstəriləcək - FOTO

Bakı metrosunda İLK – Qatarların stansiyaya gəliş vaxtı göstəriləcək - FOTO

Hazırda oxunan: Bakı metrosunda İLK – Qatarların stansiyaya gəliş vaxtı göstəriləcək - FOTO

574359

Bakı metrosunda qatarların stansiyaya nə zaman gələcəyini bilmək mümkün olacaq.

Bizim.Media xəbər verir ki, bəzi stansiyalarda hərəkət cədvəlini göstərən monitorda qatarın hansı müddətə stansiyaya daxil olacağı əks olunub.

Bundan öncə platformalardakı tablolar qatarın stansiyadan getdiyi vaxtı göstərirdi ki, bu da sərnişinlərə gələcək qatarla bağlı heç bir məlumat vermirdi. Dünyanın bir çox ölkəsində isə qatarların stansiyaya neçə dəqiqəyə çatacağını bilmək olur.

Yeniliyi Bizim.Media-ya təsdiqləyən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bu, hələlik bir stansiyada “Gənclik” stansiyasında mövcuddur:

“Hazırda interval göstəriciləri ilə bağlı test rejimində bir sıra işlər aparılır. Yeniliklər tətbiq olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, digər stansiyalarda da qatarıın iki stansiya arasındakı gedişi saniyələrlə əks olunur.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO