“QHT işi” üzrə daha bir məhkəmə başladı

“QHT işi” üzrə daha bir məhkəmə başladı

Hazırda oxunan: “QHT işi” üzrə daha bir məhkəmə başladı

574353

“QHT işi” üzrə ittiham olunanlardan biri, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Bəşir Süleymanlının vəkilinin yanında əyləşməsi barədə verilən vəsatət təmin olunub.

Daha sonra anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs Bəşir Süleymanlı vəsatət verərək cinayət işinə xitam verilməsini xahiş edib. Onun müdafiəçisi Elçin Sadıqov da vəsatətin təmin olunmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini təklif edib.

Müşavirədən sonra vəsatətlər təmin edilməyib və cinayət işinin məhkəmə baxışına verilməsinə qərar verilib. Baxış iclası oktyabrın 23-nə təyin edilib.
 

Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.


Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO