Xəbər verdiyimiz kimi, son günlər Xırdalan şəhərində, paytaxt Bakı ətrafında, Masazır, Müşfiqabad və Saray qəsəbələri istiqamətindən Bakı - Sumqayıt yolu ilə çoxsaylı qanunsuz sərnişindaşımaları müşahidə edilir. Bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə qanunsuz sərnişindaşımalarına qarşı reyd keçirilib.
Bizim.Media xəbər verir ki, reyd zamanı sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması ilə bağlı narazılıqlarını bildiriblər.
Xatırladaq ki, bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Ancaq sürücülər bunun əksini qeyd edirlər və 120 manat ödədiklərini vurğulayırlar:
“Sonra da bizə “qanunsuz sərnişin daşıyırsınız” deyirsiniz”.
Daha ətraflı videosüjetdə:
Bizim.Media