Bakı–Quba yolunda dəhşətli QƏZA: Ölən var – ANBAAN VİDEO

Bakı–Quba yolunda dəhşətli QƏZA: Ölən var – ANBAAN VİDEO

Hazırda oxunan: Bakı–Quba yolunda dəhşətli QƏZA: Ölən var – ANBAAN VİDEO

574339

Bu gün saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

İlkin məlumata əsasən, 1984-cü il təvəllüdlü, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO