Xəbər verildiyi kimi Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib. Ötən gün Mehriban Sərdar qızı Qafarlı yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək ölüb.
Bizim.Media-nın yerli bürosu baş verən hadisənin təfərrüatını öyrənib. Məlum olub ki, Xaçmazın Qıraqlı kəndində dəm qazından vəfat edən informatika müəllimi Mehriban Qafarlı Qəbələ rayon sakini idi.
O, MİQ xəttilə Xaçmaz rayonuna təyinat almışdı və 6 ildir Qıraqlı kənd məktəbində informatika müəllimi işləyirdi. Qıraqlı kənd məktəbinin direktoru Zeynal Musayev Bizim.Media-ya açıqlamasında bildirib ki, 2021-ci ildə bu məktəbdə işləyirdi. Onun sözlərinə görə ,müəllimənin dəm qazından boğulması ötən gün saat 17 radələrində məlum olub.
Qonşulardan biri ona zəng vurub, cavab vermədiyini görüb evə gəlib və onu hamam otağında cansız vəziyyətdə görüb.
Mehriban Qafarlı subay idi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 09.10.2025
6 illik xidmətin ACI SONU – Gənc müəllimənin faciəli ölümü ilə bağlı TƏFƏRRÜAT
Hazırda oxunan: 6 illik xidmətin ACI SONU – Gənc müəllimənin faciəli ölümü ilə bağlı TƏFƏRRÜAT
Hazırda oxunan: 6 illik xidmətin ACI SONU – Gənc müəllimənin faciəli ölümü ilə bağlı TƏFƏRRÜAT
574333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.