Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
“Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:49 / 09.10.2025
İşğaldan azad edilən ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib
Hazırda oxunan: İşğaldan azad edilən ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib
Hazırda oxunan: İşğaldan azad edilən ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib
574332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.