Balakəndə baş verən qəzanın ilkin təfərrüatı - FOTO

Balakəndə baş verən qəzanın ilkin təfərrüatı - FOTO

Hazırda oxunan: Balakəndə baş verən qəzanın ilkin təfərrüatı - FOTO

574325

Gecə saatlarında rayon ərazisində “BMW” markalı minik avtomobili yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə Balakənin Qabaqçöl qəsəbəsinin Şərif kəndi ərazisində, 34 yaşlı kənd sakini Şamil Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili sürət həddini keçdiyindən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən işıq dirəklərində qısaqapanmalar baş verib, kəndə verilən işıq kəsilib. Eyni zamanda avtomobildə tüstülənmə və yanma başlayıb.

Hadisə yerinə ilk olaraq yaxınlıqdakı qonşular, kənd sakinləri yetişib. Dərhal sürücü və onun yanında əyləşən kənd sakini, 32 yaşlı Hacyov Herayev avtomobildən çıxarılıb.

Yaralılar sakinlərin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə şahidləri sürücünün içkili olduğunu ehtimal edir.

Avtomobildə baş verən yanğın Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Qəzanın təfərrüatları araşdırılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO