Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var

Hazırda oxunan: Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var

574315

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törədib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, Qəbələ rayon sakini Elvin Qasımovun törətdiyi qəzada sərnişinlərindən biri hadisə yerində həyatını itirib, özü və daha bir sərnişini isə xəstəxanaya yerləşdirilib.
 

BDYPİ avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürücü intizamına bilavasitə təsir göstərən belə hallara qarşı hər kəsi birgə mübarizəyə çağırır:


"Cari ilin 9 ayı ərzində avtomobili hüquqsuz idarə edən şəxslər tərəfindən 99 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 60 nəfər həlak olub, 73 nəfər yaralanıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO