Qış aylarında uşaqların daha tez-tez xəstələnməsi valideynlərin əsas narahatlıqlarındandır.
Bizim.Media xəbər verir ki, pediatrlar uşaqların sağlamlığını qorumaq üçün mühüm tövsiyələr veriblər.
Soyuqlamış uşaqla gəzintiyə çıxmaq olarmı?
Həkimlərin sözlərinə görə, hər vəziyyət fərqlidir. Uşağın hərarəti, halsızlığı və ya qusması varsa, evdə qalmaq və otağı tez-tez havalandırmaq lazımdır. Əgər uşaq özünü yaxşı hiss edirsə, qısa gəzintilər (30 dəqiqəyə qədər) zərərli deyil.
Quru hava uşağın sağlamlığına necə təsir edir?
İstilik mövsümündə evdə havanın rütubəti azalır, bu da burun selikli qişasının qurumasına və immun sisteminin zəifləməsinə səbəb olur. Pediatrlar otaqda rütubətin 50–60% səviyyəsində saxlanılmasını, hava nəmləndiricisindən istifadəni və otağın mütəmadi havalandırılmasını tövsiyə edir.
Uşaq üşüyəndə nə etməli?
Əgər uşağın dərisi solğunlaşıb, dodaqları göyəribsə və titrəmə başlayıbsa, bu – hipotermiyanın (bədən soyuması) əlamətidir. Körpəni isti otağa aparmaq, yavaşca isindirmək və isti içki vermək lazımdır. Körpələrdə dərini güclü sürtmək olmaz.
Qışda hansı analizləri vermək vacibdir?
Uşaq tez-tez xəstələnirsə, qan və sidik analizi aparmaq məsləhətdir. Bundan əlavə, D vitamini və dəmir səviyyəsi yoxlanmalıdır – onların çatışmazlığı immuniteti zəiflədir. Vitamin və əlavələri həkim göstərişi olmadan vermək olmaz.
Qışda uşağın qidalanması necə olmalıdır?
Pediatrlar uşağın menyusuna mütləq bu məhsulları daxil etməyi tövsiyə edir:
Meyvə və tərəvəzlər (xüsusilə sitrus, kələm, yerkökü)
Süd məhsulları – kalsium və protein üçün
Qoz-fındıq və toxumlar – beyin və immunitet üçün
Balıq, yumurta, ət və paxlalılar – dəmir və B qrup vitaminləri üçün
Kifayət qədər su – bədənin nəm balansı üçün vacibdir
Qeyd edək ki, qış aylarında uşağın sağlam qalması üçün düzgün qidalanma, optimal hava şəraiti, gigiyena və həkim nəzarəti vacibdir. (e-saglam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
02:35 / 09.10.2025
Uşaqları qış xəstəliklərindən necə qorumaq olar? – Pediatrlardan 5 VACİB MƏSLƏHƏT
Hazırda oxunan: Uşaqları qış xəstəliklərindən necə qorumaq olar? – Pediatrlardan 5 VACİB MƏSLƏHƏT
Hazırda oxunan: Uşaqları qış xəstəliklərindən necə qorumaq olar? – Pediatrlardan 5 VACİB MƏSLƏHƏT
574288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.